Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı öncəsi Trabzonda ictimai binada Mustafa Kamal Atatürk plakatının tərs asıldığı görüntü sosial şəbəkədə gündəm olub.

Unikal.org Haberler.com-a istinadən xəbər verir ki, Keçmiş CHP millət vəkili və Partiya Məclisinin üzvü Haluk Pekşenin “Twitter” hesabından paylaşdığı postla Atatürk plakatının Trabzonda  ictimai binada tərs asıldığı görüntüyə açıqlama verib.

Sözügedən vəziyyətə sərt reaksiya verən Haluk Pekşen, “Bu xəyanəti edən  yalnız Atatürkə deyil, Trabzon xalqının şərəfinə də hücum etdi. Cümhuriyyətin qurucu şəhəri Milli Mübarizənin ən qəhrəman xalqının şəhəridir” deyə bildirib.