Cənubi Amerika ölkəsi Braziliyada son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) səbəbiylə 166 nəfər həyatını itirib.
Unikal.org Braziliya KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkədə virus səbəbiylə ölənlərin sayı 166 nəfər artaraq 2 min 741-ə, virusa yoluxanların sayı isə 2 min 498 artaraq 43 min 79-a çatıb.
210 milyon əhalisi olan Braziliya, Latın Amerikasında COVID-19 epidemiyasından ən çox təsirlənən ölkədir.
Qeyd edək ki, materikdə COVID-19 və virusla əlaqəli ölüm hallarının ilk hadisəsi Braziliyada baş verib