Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən  aprelin 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən şmal-qərb küləyi əsəcək. 

Xidmətdən Unikal.org-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-13, Bakıda  gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.  

Aprelin 23-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə  6-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacaq.