Dünyada bu il aclıqdan əziyyət çəkənlərin sayı iki dəfə arta bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Qida Proqramının (WFP) direktoru Devid Beasleynin məlumatına görə, dünya, hazırda yeni koronavirus (COVID-19) xəstəliyi ilə deyil, həm də “aclıq xəstəliyi” ilə üzləşir, ən pis ssenariyə görə, təxminən 36 ölkədə çatışmazlıq ola bilər.

Dünya Qida Proqramının direktoru Beasley, həmçinin də, “İndi hazırlaşmasaq və tədbir görməsək, ticarətdəki kəsilmələrin və fondun azaldılmasının qarşısını ala bilməsək, bir neçə ay ərzində birdən çox nəhəng aclıqla üzləşə bilərik” deyə qeydində bildirib. 

“İndi biz yalnız COVID-19 püskürməsi ilə deyil, aclıq xəstəliyi ilə də qarşılaşırıq” deyən Beasley, COVID-19 püskürməsinin başlamazdan əvvəl, 2020-ci ildə, İkinci Dünya Müharibəsindən sonrakı ən pis humanitar böhran olduğunu söyləyib.

Beasley, Yəmən, Suriya və Cənubi Sudandakı müharibələri, həmçinin Şərqi Afrikadakı çəyirtkə işğalını, təbii fəlakətləri və iqlim dəyişikliyinin fəsadlarını qeyd edərək: “Bu gün biz yalnız COVID-19 səbəbiylə qlobal sağlamlıq pandemiyası ilə deyil, həm də qlobal humanitar fəlakətlə üzləşirik” deyə bildirib.

Təxminən 135 milyon insanın aclıq riski ilə üzləşə biləcəyini vurğulayan Beasley, COVID-19 səbəbiylə bu rəqəmə 130 milyon daha çox əlavə edilə biləcəyini və ümumi sayının 265 milyona qədər artacağını vurğulayıb.