İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) 40-cı ildönümü münasibətilə ilk hərbi sputnikini fəzaya çıxarıb.

Unikal.org xəbər verir ki, bu barədə Sepah-ın yaydığı açıqlamada deyilir. Qeyd olunub ki, “Nur-1” adlı hərbi sputnik çoxfunksiyalıdır.

Sepah 1979-cu il aprelin 22-də İran İslam İnqilabının banisi Ayətullah Xomeyni tərəfindən yaradılıb. Sepah İran ordusunun əsasını təşkil edir və ölkənin müdafiəsində başlıca rol oynayır.