Şimali Koreya lideri Kim Çen Inın sağlamlıq vəziyyəti ilə bağlı fərziyyələrinin beynəlxalq ictimaiyyətə düşməsindən sonra səssiz qalan Şimali Koreya mətbuatı “gündəlik” xəbərlərini davam etdirir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, heç vaxt iddialara toxunmayan mətbuat, Kim Çen Inın  köhnə ifadələrindən və əvvəllər çəkilən fotolardan istifadə edib. 

Belə ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA və rəsmi qəzet Rodong Sinmun, adi xəbərlərini bildirməyə davam edib, ancaq liderlərinin sağlamlıqları və harada olduqları haqqında  məlumat verilməyib.

Kim Çen Inın sağlamlıq vəziyyətini barədə heç bir məlumat verilməsə də, digər tərəfdən, Kim öləndə onu əvəz edə biləcək  şəxs müzakirə mövzusu olub.

Bildirilib ki, Şimali Koreya lideri Kim Çen Ilın 2011-ci ildə infarktdan öldükdən sonra  hakimiyyətə varisi onun oğlu indiki lider Kim Çen In keçib. Məlumata əsasən, Kim Çen Inın ölümündən sonra kimin əvəz ediləcəyi müzakirə mövzusu və  Kimin övladının olub-olmaması barədə dəqiq bir məlumatın   olmamamsı, liderin yerinə Kimin bacısı Kim Yo-Jongun gəlməsi bildirilib. 

Kim Çen Indan sonra ölkədə ən güclü namizəd olaraq, bildirilən Kim Yo-Jong son iki ildə dövlət idarəsində ön plana çıxıb. 

Qeyd edək ki, İşçi Partiyasının siyasi partiyasına seçilən və parlamentə daxil olan Kim Yo-Jong, İşçi Partiyası Mərkəzi Komitəsi direktorunun birinci müavinidir.

Həmçinin də,  Kim Yo-Jong  aprel ayının əvvəlindən bəri qardaşını müxtəlif rəsmi tədbirlərdə təmsil edir.