Rusiya və Belarusiya koronavirusa tutulanların sayı açıqlayıb.

Unikal.org xəbər verir ki, Rusiyada bir gündə 5236 nəfər,  koronavirusa yoluxub. Bu ölkədə koronavirus xəstələrinin sayı ümumilikdə 57 999 nəfərə çatıb. Gün ərzində 57 xəstə vəfat edib, 547 nəfər sağalıb.

Ümumilikdə, Rusiyada COVID-19 xəstəliyindən 4 420 nəfər sağalıb, 513 xəstə vəfat edib.

Bununla belə Belarusda koronavirusdan ölənlərin sayı 58-ə çatıb. Hazırda bu ölkədə koronavirusdan müalicə alanların sayı 7281 nəfərdir. Həmçinin 769 nəfəri tam müalicə olunaraq evə buraxılıb.

İndiyədək Belarusda koronavirusla bağlı 115 minə yaxın test aparılıb.