Paul Ehrlich adına Vaksin və Bioloji Təbabət Preparatları İnstitutu Almaniyada koronavirusa qarşı vaksinin ilk klinik sınaqlarına icazə verib.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, potensial vaksinin insanlar üzərində test edilməsi ölkə əhalisi və bütün dünya üçün COVID-19 əleyhinə təhlükəsiz və effektiv preparatın hazırlanmasında mühüm mərhələdir. İlkin məlumata görə, sınaqda yaşı 18-dən 55-dək olan 200 sağlam könüllü iştirak edəcək.

Onların hər biri yüngül modifikasiya olunmuş bir neçə vaksin variantından biri ilə peyvənd olunacaq. Könüllülər bir müddət nəzarət altında saxlanılacaq və ardınca sınaqların ikinci mərhələsi başlayacaq.