İran prezidenti Həsən Ruhani, yeni növ koronavirusun (COVID-19) yayılması səbəbindən neftin qiymətinin kəskin düşməsindən zərər gördüklərini söyləyib.

Unikal.org İranın rəsmi agentliyi İRNA-nın məlumatına istinadən xəbər verir ki, prezident neft qiymətlərinin düşməsini  paytaxt Tehranda keçirilən Nazirlər Kabinetinin iclasındakı çıxışında qiymətləndirib.

ABŞ-ın sanksiyaları səbəbiylə ölkəsinin neft satışının azaldığını vurğulayan Ruhani, bütün neft istehsal edən ölkələr kimi qiymətlərin azalmasının İrana da zərər verdiyini bildirib.

COVID-19 yayılmasının ölkələrin iqtisadiyyatını alt-üst etdiyini və bütün iqtisadi proqnozları məhv etdiyini vurğulayan Ruhani, “Bütün neft ölkələri, o cümlədən biz də əziyyət çəkirik. Əlbəttə ki, bəziləri çox zərərlidir. Zərərlərimiz azdır, amma bu bizə kömək etmir. Bizim neftdən asılılığımız daha az olacaq, çünki bizim iradəmiz və ya düşmənin asılılığı azalır”

Ölkədə COVID-19 yayılma sürətinin azaldığına diqqət çəkən Ruhani, epidemiyaya qarşı qorunan sosial məsafə qaydalarının bütün ölkədə tətbiq olunacağını bildirib.