İranda yeni növ koronavirus səbəbindən ölənlərin sayı son 24 saatda 94 artaraq 5 min 391-ə çatıb.

Unikal.org İran dövlət televiziyasının verdiyi məlumata  istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur, COVID-19 səbəbiylə son 24 saatda 94 adamın öldüyünü açıqlayıb.

Beləliklə, Cihanpur, ölənlərin ümumi sayının 5 min 391-ə yüksəldiyini və yoluxanların sayının 1194 artaraq 85 min 996-ya çatdığını bildirilib.