İspaniyada COVID-19 nəticəsində ölənlərin sayı son 24 saatda 435 nəfər artaraq 21 min 717 nəfərə çatıb.
Unikal.org İspaniya KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi, ölənlərin sayının və COVID-19 peyvəndi ilə əlaqəli açıqlama bildirib.
Açıqlanan məlumatlarda, epidemiya nəticəsində həyatını itirənlərin sayının son 4 gündə 399-435 arasında olduğu ortaya çıxıb.
Nazirlik bu günə qədər ölənlərin ümumi sayının 21 min 717 nəfərə çatdığını bildirib.
Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların sayı cəmi 208 min 389-a yüksəlib.