Facebook hindli milyarder iş adamı Mukesh Ambaniyə məxsus mobil internet şirkəti olan “Jio Platforms”a 5,7 milyard dollar dəyərində sərmayə qoyduğunu açıqlayıb.

Unikal.org xəbər verir ki, “Facebook”da edilən bir şərhdə, “Jio Platforms”ın 9.99 faiz səhminin satın alındığı və şirkətin ən böyük “minoritar səhmdarı”olub.

“Bu sərmayə Hindistana olan bağlılığımızı artırdı və “Jio”nun ölkədə təşviq etdiyi dramatik çevrilmə həyəcanımızı artırdı” deyə şərhdə bildirilib.

Reliance Jio verdiyi açıqlamada, razılaşmanın həm şirkət, həm də ölkə üçün faydalı olacağını söyləyib: “Bu ortaqlıq Hindistanın çoxölçülü inkişafını sürətləndirəcək və Hindistan xalqının və Hindistan iqtisadiyyatının ehtiyaclarını qarşılayacaqdır”deyə qiymətləndirmə aparıb.

Təxminən 400 milyon WhatsApp istifadəçisi olan Hindistanda bu investisiya Facebook üçün böyük bir addım hesab olunur.

Fevral ayında Hindistan rəhbərliyi tərəfindən WhatsApp ilə rəqəmsal ödəniş xidməti təmin etmək məqsədi ilə edilən tətbiqə WhatsApp Pay açmağa icazə verilib.

Qeyd edək ki, “Jio Platform”, gəlir və abunə baxımından Hindistan bazarında sürətlə böyüyən mobil internet şirkətlərindən biridir.