Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi və sosial izolyasiya tədbirləri ilə əlaqədar Nizami rayonunda tənha yaşayan ahıllarla və aztəminatlı ailələrə ərzaq yardımı göstərilir.
Unikal.org xəbər verir ki, aprelin 21-də Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxa bilməyən, yaşı 65-dən yuxarı olan tənha sakinlər, imtiyazli və aztəminatlı ailələr olmaqla 110 ailə ziyarət edilib və onlara zəruri ərzaq məhsullarından ibarət bağlamalar çatdırılıb. Eyni zamanda, sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara şəxsi gigiyena qaydalarına və Nazirlər Kabinetinin Operativ Qərargahının tapşırıq və tövsiyələrinə riayət etmələrinin vacibliyi nəzərə çatdırılıb.
Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.