Hollandiya Xalq Sağlamlığı İnstitutu koronavirusun yayılması ilə bağlı ən son məlumatları paylaşıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Hollandiya Xalq Sağlamlığı İnstitutu, son 24 saat ərzində daha 708 nəfərdə koronavirus aşkarlandığını açıqlanıb. 

Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 34 min 842-ə yüksəlib. Açıqlamada, son 24 saat ərzində 138 nəfər virusun qurbanı olaraq, ümumi ölənlərin sayı 4 min 54-ə çatıb.