ABŞ prezidenti Donald Tramp, ABŞ hərbi dəniz donanmasına İran hərbi gəmiləri tərəfindən hücum edildiyi təqdirdə onları vurmağı əmr etdiyini bildirib.

Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, ABŞ-da koronavirusdan 45 mindən çox insan dünyasını dəyişsə də, Donald Tramp İranı təhdid etməklə məşğuldur. 

Belə ki, “Twitter”dəki bir yazıda Tramp, İranın hücumuna məruz qaldıqları təqdirdə Dəniz Qüvvələrini atəşə tutmağı əmr etdiyini açıqlayıb.