İngiltərə Səhiyyə naziri Matt Hancock, ölkədə koronavirus xəstəliyinin pik həddə çatdığını açıqlayıb.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, İngiltərənin Səhiyyə naziri Matt Hancock, yeni növ koronavirus (COVID-19) epidemiyasının ölkədə pik həddə çatdığını açıqlayıb.

Belə ki, İngiltərədə koronavirus  yoluxanların sayı 130 min 184-ə, virusdan ölənlərin sayı isə 17 min 378-ə çatdığını bildirib.