Nigeriyanın şimal-qərbində, çobanlar və əkinçilər arasında qarşıdurmanın olduğu bölgədə, ordu tərəfindən edilən əməliyyatlarda silahlı dəstənin 21 üzvü öldürülüb.

Unikal.org Nigeriya KİV-ə istinadən xəbər verir ki,  Müdafiə Nazirliyinin sözçüsü John Eneche, mətbuata açıqlamasında, Zamafara əyalətinin Zurmi bölgəsində silahlı dəstə üzvlərinə qarşı hava və quru əməliyyatlarının edildiyini söyləyib.

Əməliyyatlarda 21 dəstə üzvünün öldürüldüyünü bildirən Eneche, dəstələrə aid əhəmiyyətli miqdarda silah-sursatın da ələ keçirildiyini qeyd edib.