ABŞ-da yeni növ koronavirus (COVID-19) səbəbiylə ilk ölümlərin rəsmi açıqlamadan bir neçə həftə əvvəl meydana gəldiyi ortaya çıxıb.

Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Santa Clara bölgəsinin rəsmiləri 6 və 17 fevral tarixlərində evlərində 2 nəfərin COVID-19 səbəbiylə öldüyünü açıqlayıb.

Belə ki, ABŞ-da COVID-19-dan ilk ölüm hadisəsinin fevralın 29-da baş verdiyi məlum idi.

Səlahiyyətlilər, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (CDC) göndərilən toxuma nümunələrində bu halların COVID-19 test nəticəsinin müsbət olduğunu söyləyib.

Fevralın 29-da Vaşinqton Dövlət Səhiyyə İdarəsindən edilən açıqlamada, Seattle şəhəri yaxınlığındakı King County bölgəsində yaşayan bir COVID-19 daşıyıcısı ölüb. Bildirilib ki, bu, ABŞ-da virusla əlaqəli ilk ölüm hadisəsidir.

ABŞ-da 40 milyon əhalisi olan Kaliforniyada, 35 min 465 adamda təsbit edilən yeni növ koronavirus, 282 nəfərin ölümünə səbəb olub.