Böyük Britaniyada son sutkada 759 nəfər koronavirusun qurbanı olub və bununla da ölkədə ölənlərin sayı 18 100-ə çatıb.

Unikal.org xəbər verir ki, bunu ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, krallıqda daha 4 451 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 133 495-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 573 000-i ötüb. Bunların 701 838 nəfəri sağalıb, 178 558 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.