Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə baş nazirin islahat məsələləri üzrə müavini vəzifəsini təklif edib.
Unikal.org xəbər verir ki, bu barədə M.Saakaşvili öz "Facebook" səhifəsində yazıb.
O, həmçinin baş nazir Denis Şmıqal ilə görüşdüyünü də deyib.
M.Saakaşvili Ukrayna Ali Radasına öz proqramını təqdim edəcəyini bildirib.
Qeyd edək ki, Mixail Saakaşvili 2015-2016-cı illərdə Ukraynanın Odessa vilayətinin qubernatoru və sabiq prezident Petro Poroşenkonun müşaviri işləyib.