Kanadada ötən il baş verən təcavüz hadisəsinin təfərrüatları məlum olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Naomi Vudyatt adlı qadın İrlandiyada bir verilişdə çıxış edərkən danışıb. Belə ki, o, 2019-cu ilin sonlarında atasının ölüm xəbərini alıb və dəfn mərasiminə qatılmaq üçün Kanadaya geri dönmək qərarına gəlib.

O, Kanadaya səfər etməzdən öncə sənədlərini qaydaya salmaq üçün Dublin şəhərinə gedib və orada otellərin birində qalıb. Orada Amerikalı mühəndislə tanış olan Naomi həmin adamın aldığı içkini içdiyini bildirib.

Kanadalı qadın ertəsi gün gözlərini bir otel otağında açıb və təcavüzə uğradığını anlayıb. O, həmçinin qiymətli əşyalarının oğurlandığını və bədənində çox sayda siqaret yanıqları olduğunu da açıqlayıb.

Təcavüzə məruz qalan qadının təxminlərinə görə, onun içkisinə xüsusi dərman əlavə olunub və o, heç nə hiss etmədən yatıb.