Yeni növ koronavirusun (Covid-19) bütün dünyada yayılması tarixə baş verən bəzi maraqlı hadisələri yenidən gündəmə gətirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, tarixdəki ən ölümcül xəstəliklərdən biri olan "qara vəba"ya qarşı ən yaxşı tədbir görənlərdən biri də İngiltərədə yerləşən Eyam kəndinin sakinləri olublar.

Belə ki, onlar 1665-1666-cı illərdə bu xəstəliyin kənd ərazisində yayılmasını əngəlləmək üçün hər şeyi gözə alaraq özlərini 6 ay müddətinə karantinə alıblar. Bununla da kəndə giriş-çıxışlar tamamilə dayandırılıb. Gündəlik zəruri olan məhsullar isə kəndin girişində alınırdı.

Həmin dövrdə bu kənddə vəba xəstəliyinə yoluxan 250 nəfər vəfat edib. Buna baxmayaraq kəndlilərin aldığı qərarlar uğurla nəticələnib və onlar az itki ilə bu xəstəlikdən xilas ola biliblər.