Belçikada yeni tip koronavirus (COVID-19) xəstəliyinə yoluxanların  sayı son 24 saat ərzində 908 artaraq nəfər 42 min 797-yə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Belçika Böhran Mərkəzində edilən açıqlamada, son 24 saat ərzində ölkədə 211 nəfər xəstəxanaya qaldırılıb.

Bildirilib ki, son 24 saatda koronavirusa yoluxanların sayı 908 nəfər artaraq 42 min 797-ə çatıb, daha 230 nəfər həyatını itirib.

Qeyd edək ki, Belçikada koronavirusdan həyatını itirənlərin sayı 6 min 490-a yüksəlib. Onların 46 faizi xəstəxanalarda, 53 faizi qocalar evlərində dünyasını dəyişib.