İranda yeni növ koronavirus səbəbindən ölənlərin sayı son 24 saatda 90 nəfər artaraq 5 min 481-ə çatıb.

Unikal.org İran KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur, COVID-19 səbəbiylə son 24 saat ərzində ölkə daxilində 90 adamın həyatını itirdiyini və 1030 yeni yoluxma halının aşkarlandığını açıqlayıb.

Beləliklə, Cihanpur, COVID-19 səbəb olduğu həyat itkisinin ölkədə 5 min 481-ə qədər artdığını və yoluxanların ümumi sayının 87 min 26-ya çatdığını bildirilib.