Türkiyənin Ədirnə şəhərində yaşayan  82 yaşındakı Mukaddes Kokeralp, Atatürk sevgisi ilə evini bir muzeyə çevirib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, uzun illər Almaniyada fabrikdə işləyən Mukaddes Kokeralp, 1985-ci ildə təqaüdə çıxıb və Ədirnədə məskunlaşıb.

Ədirnənin Çavuşbəy  rayonunda iki mərtəbəli bir evdə yaşayan 82 yaşlı qadın, Atatürk sevgisini atasından keçdiyini deyərək, sevgisini daim əziz tutmaq üçün Atatürk Muzeyini yaradıb. 

Belə ki,  evinin xarici tərəfində nəhəng Atatürk plakatı asaraq Atatürk sevgisini göstərən Mukaddes Kokeralpdə, minlərlə fotoşəkil, həmçinin Atatürkü əks etdirən şəkilləri olan CD və kitablar var.