İraqda yeni növ koronavirusa (COVID-19) qarşı görülən tədbirlər çərçivəsində həbsxanalarda 20 mindən çox məhbus sərbəst buraxılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, “Böhran Masasının koronavirusa qarşı verdiyi qərara və Ali Məhkəmənin göstərişlərinə əsasən bu günə qədər 20 min 40 məhkum sərbəst buraxıldı” deyə  Ali Məhkəmə Şurası Mətbuat Ofisi yazılı açıqlamasında bildirib.

Həmçinin də, İraq Səhiyyə və Ətraf Mühit Nazirliyinin verdiyi açıqlamada, Kovid-19 səbəbiylə ölənlərin sayının ölkə daxilində 83-ə, yoluxanların  sayının 631 minə çatdığı bildirilib.

Qeyd edək ki, Böhran Masası tərəfindən qəbul edilən qərara görə, Ramazan ayında saat 19.00-dan 06.00-a qədər komendant saatları tətbiq ediləcək.

Sağlamlıq qaydalarına riayət olunmaq şərti ilə komendant saatı olmadan saatlar ərzində iş yerləri, fabriklər və atelyelərin açılmasına icazə verilir.