Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirilir.  

Unikal.org xəbər verir ki, Qubadlı rayonunda bugünədək infeksiyanın yayılması hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən rayon Gigiyena və Epidemiologiya Mərkəzi və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin kompakt məskunlaşdığı ərazilərdə, o cümlədən 1005 ailənin məskunlaşdığı Abşeron rayonu, St. Sumqayıt ərazisində, 1000 ailənin məskunlaşdığı Sumqayıt şəhəri 12-ci mkr yeni yaşayış massivində, Sumqayıt şəhərində müvəqqəti məskunlaşma ərazilərində rayonun bütün idarə və müəssisələrində, bundan əlavə 2 Körpələr evi-uşaq bağçasında, Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən 32 ümumtəhsil məktəblərində və 2 məktəbdənkənar müəssisələrdə dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir.
Bu gün  Abşeron rayonu St.Sumqayıt ərazisndə  salınmış şəhərcikdə binaların girişləri, pilləkən qəfəsləri, həyətyanı sahələr, yollar təmizləndi və dezinfeksiya işləri aparıldı.

Eyni zamanda Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə mobil qruplar öz işlərini davam etdirirlər. Qruplara daxil olan hər bir şəxs karantin rejiminin tələbləri və əhali ilə davranış qaydaları barədə təlimatlandırılmış, fərqləndirici sarğı, qoruyucu maska, şəxsidezinfeksiya-mühafizə vasitələri ilə təmin olunmuşdur. 

Qeyd etmək lazımdır ki, Rayon İcra Hakimiyətinin təşəbbüsü ilə rayondan olan imkanlı şəxslərin köməkliyilə 900-ə yaxın aztəminatlı ailələrə və işsiz ailələrə yardımlar olunmuşdur.