Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 33 nəfər artaraq 1592-ə çatıb.
Unikal.org-un xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 45 min 181 nəfər müayinə olunub.
Departamentin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna 1551 nəfərdən götürülən analizin 33-nün nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 45 ölüm faktı qeydə alınıb.