Dünyadakı koronavirus epidemiyası səbəbindən insanlar, evlərində sosial şəbəkə vasitəsi ilə əylənməyin müxtəlif yollarını axtarır.
Unikal.org ABŞ mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın çıxışı zamanı küləkli hava səbəbindən, saçlarının dağılmasını telefon vasitəsilə görüntüyə alan amerikalının bu paylaşımı sosial şəbəkədə gündəm yaradıb.
Belə ki, Carlos Melian adlı sosial şəbəkə istifadəçisi karantin günlərinin maraqlı olması üçün, televizorda yayımlanan Trampın dağınıq saçlarını hava feni ilə qurudub, daraqla daradığı görüntülərini sosial hesabında paylaşıb.
Carlosun bu paylaşımı tez bir zamanda Amerika mediasında gündəm yaradıb.