Çin peyvəndi istehsalçısı “Sinopharm” Pakistan Milli Sağlamlıq İnstitutuna (NIH) birgə işlədiyi yeni tip koronavirus (COVID-19) peyvəndinin ilk və ikinci mərhələli klinik sınaqlarını birgə keçirməyi təklif edib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, NIH Başçısı Prof. Dr. Əmir İkram, “Sinopharm, NIH'nin iştirakçıları üzərində ilk və ikinci mərhələli klinik sınaqlar aparmaq təcrübəsinə sahib olduğunu düşünür” deyə, Sinopharm baş direktoru Li Canın Şəfəq saytına göndərdiyi məktubu mətbuata açıqlayıb.

Etika Komitəsi kimi müxtəlif qurumlardan qanuni icazələrin alınmasına ehtiyac olduğunu vurğulayan İkram, “Pakistanın peyvənd inkişafı araşdırmalarında iştirak meylini artırmaq istəyirik. Lazımi hüquqi addımlar atıldıqdan sonra bu araşdırmada da iştirak edəcəyik” deyə cavab verib.

Həmçinin də, “Ümid edirik ki, Klinik sınaqların uğurlu olacağı təqdirdə Pakistan Kovid-19 peyvəndi istehsal edən azsaylı ölkələrdən biri olacaqdır” məktubda bildirilib. Arzusunun da daxil olduğunu qeyd edən İkram, Pakistanın ilk növbədə istehsaldan faydalanacağını vurğulayıb.

Qeyd edək ki, Çində və dünyada 500 ən qiymətli şirkət arasında istifadə olunan məcburi peyvəndlərin 80 faizini istehsal edən Sinopharmın göndərdiyi məktubda qeyd olunan birinci və ikinci mərhələ klinik sınaqlar, vaksinin təhlükəsizliyini və təsirini ölçmək üçün müəyyən sayda insana aparılır.

Klinik sınaqlar birinci mərhələdə az sayda könüllü, ikinci mərhələdə 100 ilə 500 könüllü arasında aparılacağı bildirilib.