İngiltərənin Mançester şəhərində yaşayan Elena Manighetti və Rayan Osborne cütlüyü okenada 25 gün keçiriblər.

Unikal.org xarici KİV-ə isitnadən xəbər verir ki, onlar hələ koronavirus dünyaya yayılmazdan öncə yelkənli qayıqla səyahətə çıxıblar. Onlar fevral ayında Kanar adalarında yola çıxaraq Karib dənizinə doğru yönəliblər. 

25 günlük səyahətdən sonra cütlük mart ayının ortalarında Karib dənizində yerləşən adaların sərhədlərini bağlamaları ilə koronavirusdan xəbər tutub. Onlar ilk öncə adaya qəbul olunmasalar da, daha sonra gənc cütlük 25 gün dünya ilə əlaqələrini kəsərək səyahətdə olduqlarını sübut edə biliblər.

Hal-hazırda onlar koronavirus səbəbindən hər yer bağlı olduğu üçün həmin adada qalırlar. Gənc cütlüyün nə zaman və necə qayıdacağı bəlli deyil.