Yeni növ koronavirusun (Covid-19) bütün dünyaya yayılmasından sonra bir sıra ölkələr buna görə Çini günahkar sayırlar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Naziri Mayk Pompeo dünən verdiyi açıqlamada Çinin koronavirusla bağlı dünyaya gec xəbər verdiyini və açıqlanan rəqəmlərin doğru olmadığını idda etmişdi. Pompeo həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da bu qayda pozuntularına biganə qaldığını vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: "Çinə və ÜST-ə edilən ittihamlar əsassız və yanlışdır. Son zamanlar bəzi ölkələr digər dövlətlərə və beynəlxalq təşkilatlara qarşı qərəzli və əsassız hücumlarını gücləndiriblər. Mövcud epidemioloji problemi digər istiqamətlərə çəkməyə çalışırlar. Bu da hazırki  vəziyyətdə çox yersizdir".