Dünyada koronavirusdan ölənlərin sayı 175 min nəfəri ötüb.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.

Təşkilat bildirib ki, dünyada COVID-19-a yoluxanların sayı 2 544 792 nəfər təşkil edir. 

Son məlumata görə, son bir gün ərzində 73 657 yoluxma və 6 689 ölüm hadisəsi qeydə alınıb.

Koronavirusa yoluxma hallarının əksəriyyəti Avropa qitəsinin payına düşür. Köhnə qitədə COVD-19-a 1 251 458 yoluxma qeydə alınıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.