Hindistanda dəhşətli hadisə baş verib.

Unikal.org BBC-yə istinadən xəbər verir ki, 6 yaşlı qız uşağına naməlum şəxs tərəfindən təcavüz olunub. Ən dəhşətlisi odur ki, cinayətkar tanınmaması üçün uşağın gözlərini ağır şəkildə yaralayıb.

Baş verən hadisə ölkənin hər yerində insanların böyük etirazı ilə qarşılanıb. Həmin şəxs hal-hazırda polis tərəfindən axtarılır. Onun tapılmasına kömək edən şəxslərə 100 funt-sterlinq (210 manat) mükafat veriləcək.