İranda Ramazan hilalının orucunun şənbə günü olacağı açıqlanıb.

Unikal.org İranın rəsmi agentliyi İRNA-nın verdiyi xəbərə istinadən məlumat verir ki, , ölkə lideri Əli Xameneinin Aypara Müşahidəsi Vəkili Əli Rıza Muvahhidnejad verdiyi açıqlamada şənbə ayının hilalın olmaması səbəbiylə Ramazan ayının ilk günü olaraq təyin olunduğunu söyləyib.

Qeyd edək ki, İraq və Livan kimi ölkələrdəki şiələr də Ramazan ayının başlaması ilə əlaqədar İranla uyğunlaşırlar.

İraqda, şiələrin ən böyük dini orqanı olan Ayətullah Əli əs-Sistaninin ofisindən edilən yazılı bir şərhdə, Ramazan ayının ilk gününün şənbə olduğu təyin olunub.

Livandakı şiələrin dini qurumu olan Ali Şiə İslam Şurası Ramazan ayının ilk gününün şənbə olduğunu elan edib.