İngiltərədəki Oksford Universiteti potensial yeni koronavirus peyvəndini 2 könüllü ilə insanlarda sınamağa başlayıb.

Unikal.org BBC-nin yayımladığı xəbərə istinadən məlumat verir ki,   peyvənd üçün sınaqlar ilk 2 könüllüdən başlanılıb.Onlardan  biri potensial Kovid-19 peyvəndi, digəri isə nəzarət məqsədi ilə meningit peyvəndi ilə vurulub. 800-dən çox insanın qatıldığı araşdırmada könüllülər hansı peyvəndin vurulduğunu bilmir, bu məlumat yalnız fərqi araşdıracaq həkimlərə verilib.

İki peyvəndi vurulmuş könüllülər Elisa Granato və Edward O'Neill, müalicədən ümidli olduqlarını söyləyiblər.

Tədqiqata rəhbərlik edən peyvənd Prof. Sara Gilbert potensial peyvəndə böyük bir inam olduğunu ifadə edərək, “Əlbəttə ki, insanlarda təsirinə baxaraq onu sınamalı və məlumat almalıyıq. Bu peyvəndi daha geniş əhalidə istifadə etmədən əvvəl işlədiyini və insanların yeni bir növ koronavirusa yoluxmasının qarşısını aldığını göstərməliyik” deyə bildirib.