İndoneziyada yeni növ koronavirus (COVID-19) səbəbiylə quru, hava və dəniz nəqliyyatı ilə səyahət müvəqqəti qadağan edilib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyinin sözçüsü Adita İravati, Ramazan ayında və bayram zamanı “vətənə dönüş” qadağanına aid bütün nəqliyyat vasitələrinin qadağan edilməsinə qərar verildiyini açıqlayıb.

İravati, bütün ictimai və özəl nəqliyyat vasitələrinin şəhərlərarası nəqliyyatla, habelə hava, dəniz və qatar xidmətləri ilə qadağan edildiyini ifadə edib.

Nazirliyin Hava Nəqliyyatı Direktoru Novie Riyanto, daxili və beynəlxalq uçuşlarda 1 iyun tarixinə qədər kommersiya və çarter reyslərinin dayandırılacağını da açıqlayıb.

Belə ki, ölkə daxilində yol nəqliyyatında 31 may, 8 iyun dəniz səyahətlərində və 15 iyun qatar səfərlərində səyahət qadağası tətbiq ediləcək.

Prezident Joko Widodo, çərşənbə axşamı, epidemiya səbəbiylə məmləkətinə qayıtmağın Ramazan ayında və tətildə qadağan edildiyini bildirib.