Almaniyada COVID-19 pandemiyasına yoluxanların sayı 151 min 22-yə, həyat itkisi isə 5 min 334-ə yüksəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada həyat itkisinin 5 min 334-ə yüksəldiyi, sağalan xəstələrin sayı 103 min 300 olduğu açıqlanıb. 

Belə ki, Almaniyanın bütün əyalətlərində ictimai nəqliyyatda və supermarketlərdə maskalar məcburidir. . 

Ümumdünya Səhiyyə Təşkilatının Avropadakı direktoru Hans Kluge, bəzi Avropa ölkələrində, halların azalmasına baxmayaraq, epidemiyanın yaxın vaxtlarda mümkün olmadığını söyləyib.