Özbəkistanda koronavirus pandemiyasına yoluxanların sayı artıb. 

Unikal.org Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Belə ki, son 24 saat ərzində daha 20 nəfərə koronavirus diaqnozu qoyulub. Bununla da, ölkədə qeydə alınan yoluxma hallarının sayı 1 778-ə yüksəlib.

Qeyd edək ki, ölkədə indiyədək 561 nəfər sağalsa da, 7 nəfər COVID-19-un qurbanı olub.