Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Bolnisi rayonunda koronavirusa bir yeni yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bununla da rayonda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 61-ə çatıb.
Onların dördü sağalıb, ikisi isə ölüb.
Bolnisi sakini olan daha 99 nəfərin koronavirusla bağlı analiz nümunəsi laboratoriyaya göndərilib.