Afrika ölkələrində Ramazan ayının başlaması müxtəlif günlərə təsadüf edir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Somali, Mali, Nigeriya, Kamerun, Efiopiya, Cibuti, Qana, Cənubi Sudan, Qambiya, Seyşel adaları, Misir, Liviya, Tunis və Əlcəzair, Ramazan ayının bu gün başlayacağını, Cənubi Afrika, Seneqal, Mərakeş və Sudan Ramazan ayının ilk şənbə günlərini keçirəcəyini  barədə açıqlama verilib.

Belə ki, Somali, Mali, Nigeriya, Kamerun, Efiopiya, Cibuti, Qana, Cənubi Sudan, Qambiya, Seyşel adaları, Misir, Liviya, Tunis və Əlcəzairin dini və rəsmi qurumları və xəbər agentliklərinin açıqlamalarına görə bu gün Ramazan başlayır.

Digər tərəfdən Cənubi Afrika Alimlər Birliyi Şurası, hilalın olmaması səbəbiylə şənbə günü Ramazanın daxil olacağını bildirib.

Seneqal, Sudan və Mərakeşdəki dini qurumlar, hilalın olmaması səbəbindən Ramazan ayının şənbə günü başlayacağını açıqlayıb.