Qazaxıstanın şərq bölgəsində dünən baş verən güclü meşə yanğını zamanı 2 min hektar əraziyə yayılıb..
Unikal.org Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Qazaxıstan Meşə və Heyvandarlıq Komitəsinin Mətbuat Ofisinin verdiyi açıqlamaya görə, dünən yerli saat 15:00 radələrində Şərqi Qazaxıstan əyalətindəki Semey Dövlət Meşəsində meydana gələn yanğın 2 min hektar əraziyə yayılıb.
Açıqlamada, 88 vasitə və 293 işçinin, 3 vertolyotun yanğın söndürmə işlərində iştirak etdiyi bildirilib.