Belçikada yeni növ koronavirusun (COVID-19) yoluxma hallarının sayı son 24 saatda 1496 artaraq 44 min 293-ə çatıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Böhran Mərkəzində edilən şərhdə, son 24 saat ərzində COVID-19-a yoluxanların sayının 1496 nəfər artaraq 44 min 293-ə çatdığı, daha 190 adamın öldüyü bildirilib. 

Belə ki, koronavirusdan həyatını itirənlərin sayı 6 min 679-a yüksəlib.. Onların 46 faizi xəstəxanalarda, 53 faizi qocalar evlərində dünyasını dəyişib.