İranda yeni növ koronavirus səbəbiylə həyatını itirənlərin sayı son 24 saatda 93 nəfər artaraq 5 min 574-ə çatıb.

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur, dövlət televiziyasında canlı yayımlanan Kovid-19 səbəbiylə son 24 saatda ölkədə 93 adamın həyatını itirdiyini və 1168 yeni yoluxma halının aşkarlandığını açıqlayıb.

Beləliklə, Cihanpur, ölkədə COVID-19 səbəb olduğu can itkisinin 5 min 574-ə qədər artdığını vəyoluxanların  ümumi sayının 88 min 194-ə çatdığını bildirib.