İspaniya Səhiyyə Nazirliyi, ölənlərin və COVID-19 pandemiyası ilə əlaqəli yeni yoluxma halların sayını yeniləyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyada COVID-19 pandemiyası nəticəsində ölənlərin sayı son 24 saatda 367 nəfər artaraq 22 min 542-ə çatıb.
Bu rəqəm, martın 21-dən bəri (324 ölü) COVID-19 ölümünün ən aşağı artması kimi diqqəti cəlb edib.
Nazirlik bu günə qədər ölənlərin ümumi sayının 22 min 542 nəfərə çatdığını bildirib.
Ölkədəki yoluxanların sayı dünənlə müqayisədə 6 min 740 artaraq 219 min 764 yüksəlib.
İspaniyada sol koalisiya hökuməti, COVID-19 səbəbiylə martın 14-də başlayan fövqəladə vəziyyət rejimini 9 may tarixinə qədər uzadıb.
Birinci mərhələdə, 14 yaşına çatmamış uşaqların küçədə qısa müddətə və evin ətrafında yalnız 1 kilometr məsafədə olmasına icazə verən hökumət, ailənin üzvü olması şərtilə mayın ortalarından fövqəladə vəziyyət rejimini bir az daha rahatlamağı planlaşdırır.