Qlobal böhrana çevrilən  koronavirusdan qorunmaq üçün dünyanın ən zəngin iş adamı, “Microsoft”un qurucusu Bill Qeyts həyat yoldaşı  ilə birlikdə okean sahilindəki malikanəsinə köçüb. 

Unikal.org xəbər verir ki,  ABŞ-ın Kaliforniya ştatındakı 43 milyon dollarlıq okean sahili malikanəsində, dünyaya təsir edən koronavirus səbəbiylə həyat yoldaşı ilə birlikdə karantində olan Bill Qeytsin, lüks malikanəsinin görüntüləri gündəm yaradıb. 

Belə ki, 43 milyon dollarlıq malikanənin ilk görüntüləri sosial şəbəkədə paylaşılaraq gündəm yaradıb. 5 min 800 kvadrat metrlik malikanədə istixana, ailə iqamətgahı və 2 qonaq evi olduğu bildirilib.