Türkiyədə son sutka ərzində daha 109 nəfər koronavirus səbəbindən dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 2 600-ə çatıb. Bu barədə Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca məlumat verib.

Son gün ərzində koronavirusa yoluxanların sayı 3 122 nəfər artaraq 104 912-ə yüksəlib. Eyni zamanda sutka ərzində daha 3 246 nəfər "COVID-19"-dan sağalıb.