Bütün dünyanı təsir sahəsinə çevirən yeni növ koronavirusla bağlı insanları məlumatlandırmaq üçün Cənubi Afrika Prezidenti kameraların qarşısına keçib.

Unikal.org xəbər verir ki, dövlət başçısı Kyril Ramaphosa çıxışa başlamazdan öncə tibbi maska taxmaqda çətinlik çəkib. Onun bir neçə dəqiqə maska taxmağa cəhd etdiyi görüntülər sosial şəbəkədə böyük marağa səbəb olub.

Qeyd edək ki, CAR-da 3 953 nəfər koronavirusa yoluxub, onalrdan 75-i vəfat edib.