Fransada son bir gün ərzində daha 389 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bu barədə ölkə səhiyyəsinin baş idarəsinin direktoru Jerom Salomon məlumat verib.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 22 245 nəfərə çatıb.

Jerom Salomonun sözlərinə görə, ictimai-tibbi müəssisələrdə 8,3 min ölüm qeydə alınıb, daha 13,8 min nəfər xəstəxanalarda dünyasını dəyişib.