Uzun müddətdir haqqında müxtəlif xəbərlər yayılan Şimali Koreya lideri Kim Çen Inla bağlı daha bir iddia ortaya atılıb.

Unikal.org xəbər verir ki, Amerikanın "New York Post" qəzeti Kim Çen Inın öldüyünü iddia edib. Onun öldüyü təqdirdə yerinə bacısının keçəcəyi gündəmdədir.

Qeyd edək ki, ötən günlərdə Şimali Koreya liderinin əməliyyat keçirdiyi və komaya düşdüyü xəbərləri yayılmışdı. Onun səhhəti ilə bağlı hələ ki, rəsmi bir məlumat yoxdur.